Ermənistan qəfəsə doğru...
Bizi izləyin

Dünya

Ermənistan qəfəsə doğru...

Ermənistan Avrasiya İttifaqına doğru gedir, bu, qəfəsə gedən yoldur.


Publika.az xəbər verir ki, bu gün Minskdə keçirilən Avrasiya İttifaqının növbəti sammitində Ermənistanın quruma üzvlüyünə baxılacaq.

Rusiya prezidenti Vladimir Putinin köməkçisi Yuri Uşakov dünən açıqlamasında bu məsələnin həll edildiyini, bugünkü sammitdə müzakirə ediləcəyini və gələn ilin yanvar ayından etibarən Ermənistanın ittifaqa üzvlüyə başlayacağını açıqlayıb.

Lakin məlum olduğu kimi, Yerevanın ittifaqa üzvlüyü problemsiz deyil. Ən böyük maneə isə Dağlıq Qarabağın işğalıdır.


Erməni mediası isə Yerevanın ittifaqa gedən yolunu qəfəsə doğru aparan yol kimi dəyərləndirib.
Ermənistan, Putin, Lukaşenko və Nazarbayevin göstərişi ilə hərəkət etməli olacaq. Beləliklə, bu dövlətlər Ermənistan hərəkətlərini idarə edəcək, onun haqqında qərarları özü verəcək.

Erməni mediası bu üç ölkənin Azərbaycanı səmimi dost hesab etməsinə də diqqət çəkərək bunu Ermənistan üçün çöküş kimi qiymətləndir.

Ermənistan parlamentinin deputatı Artak Davtyan isə Minsk sammiti haqqında maraqlı fikir səsləndirib.

“Biz bu müqaviləni imzalamağa hazırıq. Əgər hansısa yeni məktub gəlməsə, Azərbaycan tərəfindən fəallıq olmasa, həmçinin Gömrük İttifaqına üzv ölkələrin hansısa etirazları meydana çıxmasa bu müqaviləni imzalaya biləcəyik”, - deyə erməni deputat Azərbaycan Prezidenti İlham Əliyevin Astanadakı təsis sammitinə göndərdiyi məktuba işarə vurub.


Erməni deputat hesab edir ki, hər kəs hər şeyi açıq şəkildə bilməlidir. Onun sözlərinə görə, hər şey qəzəblənmiş İlham Əliyevin məktubundan, Putinin Sərkisyana qələm verməməsindən asılı olmamalıdır.


Asif Nərimanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm