ŞOK: İŞİD Ebola virusu yayır
Bizi izləyin

Dünya

ŞOK: İŞİD Ebola virusu yayır

ABŞ professoru Əl Şimkus 4 min insanın ölümünə səbəb olan Ebola virusu ilə bağlı dəhşətli açıqlama verib.

Axar.az xəbər verir ki, professor İŞİD terrorçularının özlərini ebola virusuna yoluxduraraq bir növ kamikadze rolunu oynaya biləcəyini söyləyib.

ABŞ-ın Naval Hərbi Akademiyasında professor olan Şimkus bu təhlükənin real olduğunu bildirərək, prosesin başlandığını da iddia edib.

“Forbes” jurnalına müsahibə verən hərbçi bununla da milyonlarla insanın ölümlə qarşı-qarşıya olduğunu etiraf edib.

Bukinqem Universitetinin professoru Entoni Qless də bu faktı təsdiq edərək terrorçuların virusu yaya biləcəyinin tam real olduğunu qeyd edib. Lakin professor bunun asan olmayacağını deyib:

“Terrorçular bu virusu yaymağa cəhd etsələr, öncə özləri bu virusa yoluxmalıdır. Bundan sonra onlar digər insanlara bu virusu ötürə bilər. Lakin terrorçular virusu ötürənədək ölə bilərlər”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm