Türkiyə F-16-larını Suriya üzərinə qaldırdı
Bizi izləyin

Dünya

Türkiyə F-16-larını Suriya üzərinə qaldırdı

Kobani şəhərində davam edən döyüşlərin Suriya-Türkiyə sərhədinə yaxınlaşması səbəbindən qardaş ölkənin Silahlı Qüvvələrinə məxsus döyüş təyyarələri səmaya qaldırılıb.

AzərTAc xəbər verir ki, Diyarbəkirdən havaya qalxan dörd ədəd F-16 döyüş təyyarəsi Suriya ilə dövlət sərhədi boyunca uçuşlar edib.

Başqa bir məlumatda isə bildirilir ki, oktyabrın 10-da Suriya ərazisindən Türkiyə sərhədçilərinə atəş açılıb.

Qarşı tərəf cavab atəşi ilə susdurulub.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm