Paytaxta müxalifətin qərargahında partlayış olub, xəsarət alanlar var
Bizi izləyin

Dünya

Paytaxta müxalifətin qərargahında partlayış olub, xəsarət alanlar var

Ukraynanın paytaxtı Kiyevdə müxalifətin qərargahının yerləşdiyi Həmkarlar Evində partlayış baş verib.

Ukraynanın paytaxtı Kiyevdə müxalifətin qərargahının yerləşdiyi Həmkarlar Evində partlayış baş verib.

Trend-in RİA Novosti-yə istinadən verdiyi məlumata görə, partlayış nəticəsində gözündən xəsarət almış yeniyetmə və bədən xəsarəti almış digər şəxs xəstəxanaya çatdırılıb.

Daha əvvəl verilən məlumata görə, bu binada qutunun partlaması nəticəsində bir nəfər xəstənaya çatdırılıb.

Hüquq-mühafizə orqanları əməkdaşlarının hadisə yerinə baxış keçirmək cəhdinin qarşısı etiraz aksiyalarının iştirakçıları tərəfindən alınıb. Bununla belə, fakt üzrə məlumat protokola daxil edilib.

Xatırladaq ki, Ukraynada etiraz aksiyaları ötən ilin noyabr ayında Nazirlər Kabinetinin avrointeqrasiyaya fasilə verilməsi barədə açıqlamasından sonra başlayıb. Müxalifətin yanvarın 19-da Kiyevdə keçirdiyi növbəti xalq nümayişi zamanı radikallarla hüquq mühafizə orqanlarının əməkdaşları arasında qarşıdurma yaranıb. İştişaşlar nəticəsində 3 nəfər həlak olub. Müxalifət hökumətin istefasını və avrointeqrasiyanın davam etdirilməsini tələb edir.

Ukrayna Prezidenti Viktor Yanukoviç Nikolay Azarovun Baş nazir vəzifəsindən azad edilməsinə dair fərman imzalayıb. Fərmana əsasən, Nazirlər Kabineti də istefaya göndərilib. Hazırda Baş nazirin səlahiyyətlərini Baş nazirin I müavini Sergey Arbuzov icra edir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm