ABŞ-da tibb işçisi Ebolaya yoluxdu
Bizi izləyin

Dünya

ABŞ-da tibb işçisi Ebolaya yoluxdu

ABŞ-da daha bir nəfər Ebola virusuna yoluxub.

Publika.az BBC-yə istinadən xəbər verir ki, Texas ştatında Eboladan ölən Thomas Duncanı müalicə edən tibbi işçisində də virus aşkarlanıb.

Ailəsinin arzularına görə tibbi işçinin adı və xəstəxanadakı vəzifəsi açıqlanmayıb.

Texas Dövlət Səhiyyə Xidmətləri Departamentindən verilən məlumata görə, onun vəziyyəti sabitdir və hazırda izolyasiya palatasında saxlanılır. Həmçinin Thomas Duncanı müalicə edərkən o, tam qoruyucu geyimdə olduğu bildirilib.

"Biz bilirdik ki, ikinci hal mümkündü və biz buna hazırlaşırdıq", -Doktor David Lakey deyib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm