Seçkilər, yoxsa mini-referendum? – Kiyev respublikaçılar üçün dua edir
Bizi izləyin

Dünya

Seçkilər, yoxsa mini-referendum? – Kiyev respublikaçılar üçün dua edir

Bu ilin payızında ABŞ Konqresinə aralıq seçkilər keçiriləcək və senatorların təqribən 40 faizi yenidən seçiləcək. Bu seçkiləri Barak Obama administrasiyasının Ukrayna barəsində qətiyyətsiz siyasəti baxımından mini-referendum ola bilər.

Publika.az xəbər verir ki, ABŞ-ın “Forbes” nəşri Senatda yerlərin əksəriyyətinin Demokrat Partiyasında qalacağı halda Vaşinqtonun Ukrayna siyasətinin davam edəcəyini yazıb.

Qeyd olunur ki, Senatın demokrat çoxluğun lideri Harri Rid Ukraynanın lehinə olan, ilk növbədə bu ölkəyə silah satışı ilə bağlı qanun layihələrinin qəbul olunmasına qarşı çıxacaq. Əgər Senat üzərində nəzarət respublikaçıların əlinə keçərsə Ukraynanın ABŞ-dan silah alması üçün şans yaranacaq.

Ukrayna prezidenti Pyotr Poroşenko sentyabrın 18-də ABŞ-a səfərində Vaşniqtondan silah istədi. Lakin Ağ Ev Ukrayna prezidentinin bu xahişini rədd etdi. “Wall Street Journal” nəşri Ukraynaya silah verməkdən Obamanın imtinasını onunla izah edir ki, Ukraynanın silahlandırılması Moskvanı növbəti təxribatlara provokasiya edə və Vaşinqton dolayısı olsa da müharibəyə cəlb oluna bilər. Obama hərbi yardımın əvəzinə beynəlxalq cəmiyyəti Rusiyaya qarşı səfərbər edəcəyinə söz verir. Beynəlxalq analitiklər isə bu vədə inanmaq istəmirlər və indiyə kimi atılan addımların səmərəlilik dərəcəsini göstərirlər.

Amerikalı ekspert Pol Qreqori hesab edir ki, Vaşinqtonun Ukrayna siyasətindəki qətiyyətsizliyi Şimali Atlantika İttifaqını (NATO) dağılmaq təhlükəsi qarşısında qoyur. Onun fikrincə, Amerikanın siyasi elitası da tədricən eyni nəticəyə gəlir: biz Rusiyanın təcavüzündən müdafiə olunmaq üçün Ukrayna silah verməyə məcburuq. İndi diplomatların (Mayk Makfol, Stroub Telbott) uzun siyahısına generallar (Martin Dempsi, Filip Bridlav və başqalar), Konqres üzvləri və senatorlar (Ben Nelson, Sander Levin, Cim Qerlax, Djerland Konnoli, Robert Menendes, Bob Korker və başqaları) qoşulub. Onlar prezident Obamanın Ukrayna ilə bağlı siyasətini qəbul etməkdən imtina edirlər. Keçmiş müdafiə naziri və Mərkəzi Kəşfiyyat İdarəsinin başçısı Leon Panetta da prezidentin Ukrayna ilə bağlı siyasətinə qarşı çıxanlardandır.

Respublikaçı senator Rob Portman və demokrat senator Ben Kardin bildirib ki, ABŞ təcili olaraq Ukrayna ordusuna yardım etməlidir.


“Siyasi və iqtisadi dəstək vacibdir. Lakin bu dəstək Ukraynanın məqsədinə çatmasına kömək etməyəcək. Əgər Ukrayna ordusu ölkənin cənub şərqində nəzarəti ələ ala bilməsə, siyasi və iqtisadi dəstəyin heç bir mənası olmayacaq. Kiyev hökumətinin Maydanda verdiyi vədə əməl etməsi üçün Ukrayna ordusuna təcili yardım göndərməliyik”, - deyə senatorlar bildirib.

Steven Pifer və Stroub Telbottun “Ukraynaya müdafiə silahı verməyin vaxtıdır” adlı məqaləsində bildirir ki, Ukrayna ordusuna veriləcək silahlar “barışığın” pozulmasını Rusiya üçün əhəmiyyətli dərəcədə çətinləşdirəcək və mümkün hərbi qarşıdurmalar Rusiyaya daha çox itki verəcək. Rusiya prezidenti Vladimir Putin Krımı zəbt edib və Ukraynanın cənub-şərqinə soxulub. Payfer və Telbott xəbərdarlıq edir ki, Vaşinqtonun fəaliyyətsizlik onu Ukraynanın içərilərinə soxulmağa və NATO-ya üzv dövlətlərindən birinə müdaxilə etməyə həvəsləndirə bilər. Nəhayət, Payfer və Telbott xatırladır ki, ABŞ 1994-cü ilin dekabrında imzalanmış Budapeşt memorandum üzrə üzərinə götürdüyü öhdəliklərini yerinə yetirməyib. Həmin razılaşmaya görə, ABŞ, Böyük Britaniya və Rusiya nüvə silahından imtina qarşılığında Ukraynanın ərazi bütövlüyünə zəmanət verirdi. “Kreml Budapeşt memorandumunun şərtlərini kobud şəkildə pozaraq Krımı tutub və ölkənin şərqinə soxulub. Amma ABŞ heç bir cavab addımı atmağa təşəbbüs etmədi. Belə olan halda başqa ölkələr, məsələn İran və ya Şimali Koreya ABŞ təhlükəsizlik zəmanətlərinə niyə inanmalıdır? Barak Obama administrasiyası İran və Şimali Koreyanı nüvə proqramlarından imtina etməyə inandırmağa çalışır. ABŞ nüvə proqramlarından imtina əvəzində onlara nə verir? Təhlükəsizlik zəmanətimi? Təbii ki, nə İran, nə də Şimali Koreya Ukrayna hadisəsindən sonra ABŞ təhlükəsizlik zəmanətinə inanmayacaqlar”, - deyə Payfer və Telbott qeyd edib.

Barak Obama və Almaniya kansleri Angela Merkel Ukraynaya silah verilməsinə qarşı çıxır. Onların fikrincə, Ukrayana silah verilməsi belə bir təəssürat yarada bilər ki, Vaşinqton və Berlin münaqişənin hərbi həllinə çalışır. Amma Putin münaqişənin hərbi yolla həll olunmayacağına zəmanət verməyə hazır deyil. “Washington Post”un redaktorlarının yazdığı kimi Putin artıq Ukraynanın parçalamaq, ölkənin şərqində dondurulmuş münaqişəni yaratmaq, ölkənin NATO və Avropa Birliyinə daxil olma imkanından məhrum etmək üçün hərbi üsullardan istifadə edib. “Ancaq Obama və Merkel yanıldılar: bu münaqişənin hərbi yolla həlli var idi. Putin bunu anladı və artıq belə bir imkandan istifadə etdi”, - “Washington Post”un redaktorlarının qeyd edib.

Respublikaçılarla yanaşı demokratlar da Obamanın Ukrayna ilə bağlı siyasətindən narazılıq edir. Konqres proseslərə ciddi şəkildə qoşulmaq niyyətindədir. Demokrat-senator Ben Nelson bildirib ki, əgər Obama hərəkət etməyə başlamayacaqsa, Konqresə isə qarışmalı lazım olacaq. Hazırda Konqresdə Ukraynaya silah verilməsini nəzərdə tutan iki qanun layihəsinə baxılır:

1.H.R. 5190. “Ukraynanın təhlükəsizliyinin təmin olunmasında kömək haqqında” qanun layihəsi “separatçıların vətəndaşlara hücumları zamanı Ukrayna üçün hərbi üstünlüyün yaradılması və Ukraynanın şərqində hərbi təyyarələrin neytrallaşdırılmasına kömək”, eyni zamanda “Ukrayna demokratiyası və müstəqilliyin müdafiəsi üçün lazım dəstək” verilməsini nəzərdə tutur.

2. S.2828. “Ukraynada azadlığın dəstəyi haqqında” qanun layihəsi. Qanun layihəsi Senatın beynəlxalq münasibətlər üzrə komitədə qəbul olunub və təhlükəsizliyin təmin olunması üçün hökuməti Ukraynaya hərbi kömək etməyə çağırır. Qanun layihəsi həmçinin Ukraynaya ABŞ-ın NATO-dan kənar əsas müttəfiqi statusunun verilməsi və Rusiyaya qarşı yeni sanksiyaların tətbiqini nəzərdə tutur. Qanun layihəsi beynəlxalq münasibətlər üzrə komitə üzvləri Robert Menendes və Bob Korker tərəfindən hazırlanıb.

Konqresdə demokratların verdiyi dəstəyin artması respublikaçıların ABŞ prezidentinə ciddi təzyiqi ilə nəticələnəcək. Konqresdən gələn ciddi təzyiq isə Obamanı Ukraynaya hərbi yardım edilməsi üçün razılıq verməyə məcbur edəcək. Lakin hadisələrin gedişi onu göstərir ki, Obama müqavimət göstərəcək. Amma Ukrayna yalnız o halda real hərbi kömək ala biləcək ki, Konqres Obamanın bu müqavimətini sındırsın.

Ukrayna məsələsində Ağ Ev administrasiyası və Konqres arasında qırılmanın yüksəlməsi aralıq seçkilərini bir növ referenduma çevirdi. Yuxarıda da deyildiyi kimi, əgər demokratlar Senata nəzarət etməyə davam edəcəklərsə, H.R. 5190 və S.2828 qanun layihələri qəbul edilməyəcək.

Prezidentdən fərqli olaraq Konqressin üzvləri müəyyən qədər anladılar ki, Poroşenkonun dediyi kimi müharibəni yalnız yorğanların köməyi ilə udmaq mümkün deyil. Poroşenko da anladı ki, Konqress Ukraynanın yeganə şansıdır. Təsadüfi deyil ki, Poroşenko ABŞ səfərində Ukraynaya verdiyi dəstəyə görə Konqresi təşəkkür etdi, Amerika prezidentinin adını çəkmədi.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm