“Hitler: gizli narkoman" filminə ABŞ kəşfiyyatı mövzu verib
Bizi izləyin

Dünya

“Hitler: gizli narkoman" filminə ABŞ kəşfiyyatı mövzu verib

Adolf Hitler narkotiklər və psixotrop preparatları daim qəbul edirdi.

Publika.az-ın BBC-yə istinadən verdiyi məlumata görə, bu məlumatı ABŞ-ın hərbi kəşfiyyat arxivindən Britaniya kinematoqrafçıları məxfilikdən çıxardılan sənədlərdən əldə edib.

BBC qeyd edir ki, Hitler 1943-cü ildə İtaliya diktatoru Benito Mussolini ilə görüşdən əvvəl metamfetamina dozasını qəbul edib Bu isə ona emosional şəkildə iki saat ərzində çıxış etməyə imkan verib.

ABŞ kəşfiyyatının arxiv sənədlərində bildirilir ki, Hitler narkotiklərdən, xüsusilə metamfetamina və psixotrop preparatlardan güclü asılı olub. Bu materiallar əsasında “Channel 4” telekanalı “Hitler: gizli narkoman" adlı sənədli film çəkib. Sənədli filmin nümayişi Böyük Britaniyada 19 oktyabrda olacaq.

“Hitlerin şəxsi həkimi olan Teodor Morelem ilə Amerika xüsusi xidmət orqanları əməkdaşlarının söhbətlərinə əsasən məlum olur ki, fürer narkotiklər də daxil olmaqla tibbi preparatların 74 növündən istifadə edirdi. Hitlerin psixotrop dərmanlardan tamamilə asılı olması onun sağlamlığına ciddi zərər vurub. O, müharibənin son günlərində bunkerdə olarkən bu maddələrdən daha çox istifadə edib”, - sənədli filmin müəllifləri vurğulayır.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm