PYD “səfərbərlik” elan edib
Bizi izləyin

Dünya

PYD “səfərbərlik” elan edib

PKK terror təşkilatının Suriya qolu olan PYD hərbi “səfərbərlik” elan edib.

Publika.az-ın xarici mediaya istinadən verdiyi məlumata görə, PYD-yə bağlı asayiş gücləri muxtariyyət elan edilən Haseke vilayətindəki Cəzirə Kantonunda 18-30 yaş arasındakı kürd, ərəb və süryaniləri məcburi şəkildə hərbi xidmətə cəlb etmək üçün ev-ev gəzir.

Xəbərə görə, bir çox adam hərbi xidmətdən yayınmaq üçün gizlənir. Asayiş güclərindən verilən açıqlamaya görə, hərbi çağırış Cəzirə Kantonu Qanunvericilik Şurasının qəbul etdiyi qanun çərçivəsində yerinə yetirilir.

Qeyd edək ki, İŞİD terror qruplaşması 16 sentyabrdan bu yana Suriyanın şimalında PYD-nin Kanton elan etdiyi Kobani bölgəsini mühasirəyə alıb.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm