Dünya
Dağıstanda matəm elan edildi - Ölü sayı artır
Mahaçqalada yanacaqdoldurma məntəqəsində baş vermiş partlayış nəticəsində ölənlərin sayı 30-a çatıb.
Publika.az TASS-a istinadən xəbər verir ki, bu barədə ölkənin Fövqəladə Hallar Nazirliyindən bildirilib.
Qeyd olunub ki, dağıntılar altındakı daha 3 nəfərin meyiti tapılıb.
***
Mahaçqalada yanacaqdoldurma məntəqəsində baş verən partlayış nəticəsində ölənlərin xatirəsini yad etmək məqsədi ilə Dağıstan Respublikası ərazisində 3 günlük matəm elan edilib.
Publika.az xəbər verir ki, məlumatı Rusiya KİV-i yayıb.
Qeyd edək ki, avqustun 14-də Rusiyanın Dağıstan Respublikasının paytaxtı Mahaçqalada yanacaqdoldurma məntəqəsində partlayış olub. Hadisə nəticəsində ölənlərin sayı 27-yə çatıb, 102 nəfər hospitala yerləşdirilib.
Rusiya Federasiyası Cinayət Məcəlləsinin 238-ci maddəsinin 3-cü hissəsi (İstehlakçıların həyat və ya sağlamlığının təhlükəsizliyi tələblərinə cavab verməyən xidmətlərin göstərilməsi, iki nəfər və ya daha çox şəxsin ehtiyatsızlıqdan ölümünə səbəb olduqda) ilə cinayət işi başlanılıb.
-
Dünya09:54
Çin anons etdi: Yeni “gözəgörünməz” gəlir
-
Sosial09:12
MİDA bu ərazilərdə güzəştli mənzilləri satışa çıxarır
-
Hadisə08:46
Azərbaycanda bir bağça 4-cü dəfə yandı: Nə baş verir? - VİDEO
-
Nəqliyyat08:34
Bakıda bu yollarda tıxac var - SİYAHI
-
İdman06:16
“Beşiktaş” “Makkabi”ni Bakıda qəbul edəcək?
-
Magazin103:35
“Sosial media məni iki dəfə ərə verib” - Sevinc Əliyeva
-
Dünya01:20
Nazir dəmiryolu vağzalındakı hadisəyə görə istefa verdi
-
Qoroskop00:40
Günün qoroskopu: gözlənilməz hadisələr baş verəcək