Prezidentin dövlət televiziyasında canlı yayımla çıxışına qadağa qoyulub - FOTO
Bizi izləyin

Dünya

Prezidentin dövlət televiziyasında canlı yayımla çıxışına qadağa qoyulub - FOTO

İran prezidenti Həsən Ruhaninin dövlət televiziyasında müsahibəsinin canlı yayımına icazə verilməyib.

İran prezidenti Həsən Ruhaninin dövlət televiziyasında müsahibəsinin canlı yayımına icazə verilməyib.

Publika.az xəbər verir ki, axşam saatlarında yayımlanmalı olan müsahibə yarım saat sonra video yazısı formasında efirə verilib.

İran mediası xəbər verir ki, müsahibənin canlı yayımla baş tutmasına İran Dövlət Radio-Televiziyasının rəhbəri İzzətullah Zərqaminin gözlənilməz qadağası səbəb olub. Bu zaman onunla prezident arasında mübahisə yaranıb.

Ruhani müsahibə aparacaq şəxslərin seçiminə də etiraz bildirərək ondan aparıcı Sonia Puryaminin müsahibə almasını istəyib. Dövlət televiziyasının rəhbəri buna da razılıq verməyib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm