Talibandan Əbubəkr əl-Bağdadiyə biət mesajı
Bizi izləyin

Dünya

Talibandan Əbubəkr əl-Bağdadiyə biət mesajı

“Tehrik-e-Taliban Pakistan” ( TTP) təşkilatının altı əhəmiyyətli adı İŞİD terror təşkilatına bağlılığını açıqlayıb.

Publika.az-ın xarici mətbuata istinadən verdiyi məlumata görə, təşkilatın sözçüsü Şahidullah Şahid yazılı açıqlamasında özü və təşkilatın beş əhəmiyyətli komandirinin İŞİD lideri Əbubəkr əl-Bağdadiyə bağlı olduğunu bildirib.

Açıqlamada “Müsəlmanların xəlifəsi Əbubəkr Əl-Bağdadiyə biət edirəm və əmrlərinə itaət edəcəyəm” deyilir.

Təşkilatın əhəmiyyətli adlarının İŞİD-ə biət etməsi ilə bağlı açıqlamasına baxmayaraq, İŞİD-ə dəstəyini açıqlayan “Tehrik-e-Taliban Pakistan”ın lideri Molla Fazlullahın əl-Bağdadiyə biət etmədiyi bildirilir.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm