Krımda müsəlmanlara 3 ay vaxt verildi - Qadağa
Bizi izləyin

Dünya

Krımda müsəlmanlara 3 ay vaxt verildi - Qadağa

Krımda yaşayan müsəlman ailələrə qadağan olunmuş dini ədəbiyyatın təhvil verilməsi üçün 3 ay vaxt verilib.

Axar.az xəbər verir ki, bu barədə Krım lideri Sergey Aksyonov ictimaiyyətə açıqlama verib. Keçid dövrünün sonuna qədər müsəlman ailələlərinə qadağan olunmuş dini ədəbiyyatın könüllü şəkildə rəsmi orqanlara təhvil verilməsi tapşırılıb.

Krımda bəzi müsəlman ailələrin evlərində axtarış edilib və dini ədəbiyyatlar tapılıb. Krımın müsəlman sakinləri buna etirazlarını bildiriblər.

Aksyonov bildirib ki, Ukrayna qanunları icazə versə də, bu ədəbiyyatlar Rusiyada qadağan edilib.

Dini ədəbiyyatın qadağan edilməsi ilə Krımda tatarlara qarşı hücumlar davam edir. Təkcə ötən həftə yarımadada iki Krım tatarının cəsədi tapılıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm