Ukrayna Milli Qvardiyanın komandirlərinə qarşı cinayət işi açıldı
Bizi izləyin

Dünya

Ukrayna Milli Qvardiyanın komandirlərinə qarşı cinayət işi açıldı

Ukrayna hərbi prokurorluğu 455 əsgəri Mili Qvardiyanın hərbi hissələrin ərazisindən özbaşına buraxan komandirlərə qarşı cinayət işi açıb.

Publika.az-ın “RBK-Ukrayna” xəbər agentliyinə istinadən verdiyi məlumata görə, hərbi hissələrin komandirləri Ukrayna Cinayət Məcəlləsinin 426-cı maddəsinin 1-ci hissəsi ilə (hərbi vəzifəli şəxslərin fəaliyyətsizliyi) günahkar bilinir.

İstintaq materiallarına əsasən, 13 oktyabr tarixində Milli Qvardiyanın ayrı-ayrı hərbi hissələrində xidmət edən 455 silahsız hərbçisi hərbi hissələrin ərazisini icazəsiz tərk edərək Ukrayna prezident administrasiyasının qarşısına yollanıb. Milli Qvardiya hərbçiləri tərxis olunması tələbi ilə etiraz aksiyası keçiriblər.

Kiyev isə etiraz aksiyasında Rusiya xüsusi xidmət orqanlarının barmağının oldüünü düşünür “Görünür ki, bu açıq-aydın planlaşdırılmış aksiyadır”, - deyə Ukraynanın baş prokuroru Vitali Yarema bildirib.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm