“Ölümcül miras” İŞİD-in əlinə keçdi
Bizi izləyin

Dünya

“Ölümcül miras” İŞİD-in əlinə keçdi

İraqın məhrum dövlət başçısı Səddam Hüseynin kimyəvi silah anbarlarının böyük bir qismi İŞİD-in əlindəki bölgədə qalıb.

Publika.az xəbər verir ki, ABŞ-ın “New York Times” qəzeti İŞİD-lə bağlı əhəmiyyətli bir iddia irəli sürüb.

“New York Times” qəzetinə görə, İraqın keçmiş lideri Səddam Hüseyn dövründən qalan kimyəvi silah anbarları İŞİD-in əlinə keçib. Sözügedən anbarlarda minlərlə xardal qazı gülləsi, sarin qazı daşıyan raketlər, siyanid və siklon kimi zəhərli qazın tərkibində olduğu silahlar var.

ABŞ nəşri yazır ki, ABŞ 2003-cü ildə İraqı işğal edən zaman İraq-İran müharibəsi dövründəki kimyəvi silah anbarlarını aşkarlayıb. ABŞ Səddam Hüseynin “ölümcül mirası”nı bir sirr olaraq saxlayıb.

Silah proqramının bir sirr kimi saklamasının səbəbi isə İraqda olan kimyəvi silahların Qərb istehsalı olması idi.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm