Qorbaçov Kiyevi hədələdi - Ağlını başına yığ
Bizi izləyin

Dünya

Qorbaçov Kiyevi hədələdi - Ağlını başına yığ

Keçmiş SSRİ-nin ilk və son prezidenti Mixail Qorbaçov Ukraynanın Rusiya sərhədində inşa etdiyi divarla bağlı danışıb.

Publika.az-ın verdiyi xəbərə görə, M.Qorbaçov Rusiya mətbuatına verdiyi müsahibədə Ukraynanı bu fikirdən imtina etməyə çağırıb.

“Mən istənilən divarlara qarşıyam. Bu divarının tikintisini planlaşdıranlar ağlını başına yığsınlar. Mən tərəfləri daloqa, Minsk razılaşmasına riayət etməyə çağırıram. Bir-biri ilə danışmaq lazımdır. Bu bir aksiomadır, hansı ki, tamamilə tamamilə unutdular”, - deyə siyasətçi qeyd edib.

Keçmiş president vəziyyətin çox kövrək olduğunu bildirib.

Rusiya və Qərb arasındakı hazırkı gərgin münasibətlərə gəlincə, Oorbaçov münasibətlərin normallaşması üçün ilk növbədə Rusiyaya qarşı tətbiq olunan sanksiyaların aradan qaldırılmalı olduğunu vurğulayıb.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm