Dünya
Türkiyə Avropa İttifaqının ordusunu yaratmağa hazırdır

Avropa İttifaqına üzvlük halında Türkiyə qurumun 60 minlik ordusunun yaradılmasına kömək edə bilər.
Publika.az-ın “Anadolu” xəbər agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə Türkiyənin Avropa Birliyi naziri Volkan Bozkır bildirib.
“Avropa Birliyi hazırda super dövlət statusundadır. Amma Avropa ordusu olmadığı üçün qurum yalnız “yumşaq güc” siyasətini həyata keçirə bilir”, - deyə türkiyə rəsmisi vurğulayıb.
V.Bozkır qeyd edib ki, Türkiyə Avropa İttifaqına üzvlük üçün dörd əsas meyara cavab verir: “Hansı ki, bunlar Avropa İttifaqının gələcəyinə strateji təsiri göstərə bilər. Bunlar güclü iqtisadiyyatdır, gənc və zəhmətkeş əhali, enerji resurslarlarının çatdırılması üzrə strateji mövqe və nəhayət silahlı qüvvələrdir”.
Ömər Dağlı

-
Yaxın Şərq15:16
İran televiziyası Xameneinin köhnə müraciətini yaydı - Nə baş verir?
-
Region13:55
Karapetyanın qızı erməniləri üsyana çağırdı: İrəvanda ara qarışır
-
Region12:48
Ərdoğanla Paşinyan birgə bəyanat verəcək: Bəndlər vaxtından əvvəl açıqlana bilməz
-
Sosial11:35
Azərbaycanda yeni qurum yaradıldı
-
Nida Xəbər 11:09
Şimali Kipr Baş nazirinin baş məsləhətçisi "Teleqraf" Media Qrupunda oldu
-
Dünya10:48
İran ABŞ-ı vurmaq üçün raketləri hazır vəziyyətə gətirdi: Dəhşətli müharibə qaçılmazdır
-
Dünya10:36
Dünya müharibəsi bu tarixdə başlayacaq: ABŞ İranı vuracaq
-
Region09:36
Xamenei cəmi iki sözlə bu xəbəri çatdırdı