Dünya
ABŞ ordusu terrorçularla yanaşı, Rusiya ordusuna qarşı mübarizə aparacaq
“Amerika ordusu terrorçularla yanaşı, Rusiyanın müasir və döyüş bacarığı olan ordusuna qarşı durmalı olacaq”.
Publika.az-ın “Vaşinqton Post” qəzetinə istinadən verdiyi məlumata görə, bu sözləri ABŞ-ın müdafiə naziri Çak Hegel deyib.
Müdafiə naziri ABŞ ordusunun qarşısına qoyulan tələblərin daha da artacağını, daha müxtəlif və mürəkkəb olacağını bildirib.
“Terrorçularla bağlı təhlükələr uzun müddət davam edəcək. Amma biz həmçinin Rusiya ilə, NATO-dan kənarda olan müasir və döyüş bacarığı olan bir ordu ilə mübarizə aparmalıyıq”.
Ç.Hegel onu da vurğulayıb ki, Şimal Atlantika İttifaqı (NATO) 1999-2004-cü illərdə Rusiyanın sərhədlərinə daha da yaxınlaşdı. NATO-ya əvvəlcə Polşa, daha sonra Estoniya, Latviya və Litva daxil oldu. 2013-cü ildə NATO ölkələrinin ümumi hərbi xərcləri 1 trilyon dollar təşkil edib. Bunun 600 milyard dolları ABŞ-ın payına düşür. Rusiyanın hərbi büdcəsi isə 68 milyard dollardır və 2016-cı ildə 98 milyarda çatdırılması planlaşdırılılır.
ABŞ prezidenti Barak Obama da BMT tribunasında çıxışı zamanı Rusiyanın adını terrorçularla yanaşı çəkib. Dünyanın üç təhlükəsindən danışan ABŞ prezidenti bunları Ebola virusu, Rusiyanın təcavüzü və İŞİD terror qruplaşması şəklində sıralayıb.
Gülxar
-
Sosial01:45
Keçmiş məcburi köçkünlərin evləri satışa çıxarılır - QİYMƏTLƏR
-
Nəqliyyat01:30
Qazaxın Aşağı Əskipara kəndinə gedən yol açıldı
-
MDB01:15
Rusiya BMT TŞ-nin qətnaməsinə veto qoydu
-
MDB01:00
Şoyqu İvanovu vəzifəsindən uzaqlaşdırdı
-
Qoroskop00:27
Günün qoroskopu: Yaxın ətrafınızdakı şəxslərdən biri...
-
Ekopublika.az24 Aprel 23:57
Azərbaycanda da satılan məşhur şokolad məhsulu ətrafında QALMAQAL
-
İdman24 Aprel 22:04
"Qarabağ" finalda!
-
Hadisə24 Aprel 21:49
Vətən müharibəsi iştirakçısı anasının xəstəliyini eşidib intihar etdi