Rusiya Mariupolun mühasirəsi üçün əməliyyata başlayıb
Bizi izləyin

Dünya

Rusiya Mariupolun mühasirəsi üçün əməliyyata başlayıb

Rusiya Federasiyasının hərbçiləri Mariupol şəhəri ətrafındakı bataqlığı qurutmaq niyyətindədir.

Publika.az-ın unian.net saytına istinadən verdiyi məlumata görə, bu barədə Ukraynanın "112 Ukrayna" telekanalının efirində “Şaxtyorsk" batalyonunun komandiri Andrey Filonenko bildirib.

Onun sözlərinə görə, bataqlığın qurudulmasında məqsəd minalanmış sahələri keçmək və Mariupol şəhəri ətrafında qurulan müdafiəni yarmaqdır.

“Çünki Mariupol ətrafında müdafiənin üç xətti tikilib. Bataqlıqdan kənar bütün yollar isə minalanıb”, deyə batalyon komandiri vurğulayıb. Onun sözlərinə görə, Mariupol ətrafında yerləşən Rusiya qoşunları şəhəri mühasirəyə almaq niyyətindədir.

Xatırladaq ki, avqustun sonlarında Donbas separatçıları Rusiyadan böyük hərbi dəstək alaraq Donetsk vilayətinin Novoazovsk şəhərini ələ keçirib və Mariupola yaxınlaşıb. Mariupol isə Azov dənizi sahilindəki, eyni zamanda Krım yarımadasına gedən quru dəhlizi üzərində strateji məntəqə hesab olunur.

Hərbi və siyasi analitiklər isə Rusiyanaın mart ayında özünə birləşdirdiyi Krıma qrupu dəhlizi açmaq üçün hazırlaşdığını iddia edir.

Məsələn, sonuncu dəfə“Baltic Business Forum”da Polşa ordusunun istefada olan generalı, müdafiə nazirinin keçmiş müavini Valdemar Skşopçak bu barədə danışıb. Onun sözlərinə görə, Rusiya qoşunları qış aylarında Krım yarımadasına dəhlizi açmağa cəhd edə bilər.

“Minlərlə rus əsgəri öləcək. Bu isə Putin üçün problem yaradacaq. Çünki ölən əsgərlərin anaları övladlarının niyə öldüyünü soruşacaqlar? Putinin və ya Rusiyanın ambisiyaları üçünmü?”, - deyə Skşopçak bildirib.

Generalın fikrincə, Qərb dövlətlərinin siyasi təzyiqi və Ukrayna ordusunun müdafiə qabiliyyətinin gücləndirilməsi sayəsində Putin Krıma dəhliz açmaq fikrindən imtina edə bilər.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm