İŞİD öz tələsinə düşdü -VİDEO
Bizi izləyin

Dünya

İŞİD öz tələsinə düşdü -VİDEO

İŞİD terror qruplaşması düşməni üçün hazırladığı tələyə özü düşüb.

Publika.az-ın verdiyi məlumata görə, İŞİD-in Mosul vilayətinin Misri kəndindəki bir körpüyə yerləşdirdiyi minalar qruplaşmaya məxsus avtomobil kolonunun keçdiyi zaman partlayıb. Partlayışda İŞİD-ın 20 üzvü ölüb, təxminən 30-u isə yaralanıb.

İŞİD-in peşmərgə güclərinin keçməsinə maneə törətmək üçün yerləşdirdiyi minaların partlaması nəticəsində körpü tamamilə dağılıb. Səlahiyyətlilər körpüdən keçən İŞİD kolonunun böyük ehtimalla minalardan xəbərsiz olduğunu bildirib.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm