Dünya
140 milyon qadın sünnət edilib - AÇIQLAMA
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST)dünyada sünnət olunmuş
qızların, qadınların sayını açıqlayıb. Təşkilatın hesablamalarına
görə, 100- 140 milyon azyaşlı qız və qadınlar sünnət olunub.
AzVision.az bu barədə Guardian-a istinadən məlumat verir. Birləşmiş
Millətlər Təşkilatı tərəfindən qadağa edilmiş “adət-ənənə”
qurbanlarının bəzilərinin cinsiyyət üzvlərinin müəyyən hissəsi,
bəzilərininki isə ümumiyyətlə kəsilib.
Qeyd edək ki, 2012-ci ildə BMT Baş Assambleyası qadın sünnətini
insan haqlarının pozulması kimi tanıyıb. Ümüumdünya Səhiyyə
Təşkilatına görə, bu təcrübə qadınlar və kişilər arasında hüquq
bərabərsizliyinin göstəricisidir. Təşkilatdan həmçinin bildirilib
ki, qadın sünnəti həm də uşaq hüquqlarının pozulması deməkdir,
çünki bu “adət”in qurbanları əsasən azyaşlılar olur.
“Bu təcrübə həmçinin insanların sağlamlıq, təhlükəsizlik, fiziki
toxunulmazıq, işgəncə və şəxsiyyətin alçaldılmasından azadlıq
hüquqlarını pozur”-deyə ÜST-ün bəyanatında bildirilir. Həkimlərin
sözlərinə görə, sünnət əksər hallarda ölümlə nəticələnir, eləcə də
cinsi-sidik sisteminin pozulmasına və hətta sonsuzluğa yol
açır.
Ümumdünya Səhiyyə təşkilatının məlumatına görə, qadın sünnəti
dünyanın 29 ölkəsində daha çox yayılıb. Məsələn, Somalidə 98%
qadınlar sünnət olunub. Bu göstərici Qvineyada 96%, Cibutidə 93%-ə
bərabərdir, Eritre və Malidə 89%, Syerra-Leon və Sudanda
88%-dir.
Bu adətin Misirdə geniş yayılnması ekspertlər üçün gözlənilməz olub. Belə ki, bu ölkədə qadınların 91%-i sünnət olunub.
-
Region09:06
I Aram Ərdoğana cavab verdi: Unutmayın ki...
-
Nəqliyyat08:32
Bu yollarda tıxac var - SİYAHI
-
MDB08:17
Generalın və ailəsinin əmlaklarının üzərinə həbs qoyuldu
-
ABŞ08:05
Rusiya nüvə başlığı daşıya bilən peyk hazırlayır - ABŞ
-
Nida Xəbər 07:50
Peter Siyartonun Azərbaycana rəsmi səfəri başladı
-
Sağlamlıq07:10
Yabanı halda bitən bu bitki xərçəng hüceyrələrini 48 saatda məhv edir!
-
İdman06:40
Bellinqem bu gözəllə münasibətə başladı - FOTOLAR
-
Ekopublika.az06:10
Bakıda taksi qiymətləri BAHALAŞDI - SƏBƏB