Dünya
Bakıda 3 ildə 1 milyon manat pul oğurladı

17 yaşlı oğru əldə etdiyi pulları gecə klublarında qızlara xərclədiyini açıqladı
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində ayrı-ayrı adamlardan 1 milyon manatdan çox pul oğurlayan Astara rayon sakini, 17 yaşlı İsmayıl Qəhrəmanovun cinayət işi üzrə məhkəmə başlayıb. Hakim Zeynal Ağayevin sədrliyi ilə keçirilən prosesdə prokuror ittiham aktını elan edib.
Teleqraf.com-un xəbərinə görə, prokuror bildirib ki, Nəsimi rayon Polis İdarəsinin əməliyyatçıları tərəfindən tutulmuş Astara rayon sakini, 17 yaşlı İsmayıl Qəhrəmanovun Bakının müxtəlif rayonlarında onlarla evi qarət etməsi məlum olub. Zərərçəkənlərin müraciəti əsasında və ilkin araşdırmalarla müəyyən edilib ki, İsmayıl Qəhrəmanov təkcə Nəsimi rayonu ərazisində mənzillərdən 300 min manat dəyərində olan qızıl və müxtəlif valyutalar ələ keçirib.
Sonrakı araşdırmalarla 17 yaşlı peşəkar oğrunun başqa rayonlarda da çoxsaylı mənzilləri talaması məlum olub. Onun Binəqədi, Nərimanov, Xətai, Nizami rayonlarında onlarla evdən külli miqdarda pul və qızıl ələ keçirməsi aydınlaşıb.
İstintaq həmçinin müəyyən edib ki, İsmayıl Qəhrəmanovun ələ keçirdiyi sərvət 1 milyon manat civarında olub. Peşəkar oğru bu qədər pula nə daşınmaz əmlak, nə avtomobil, nə də başqa mülk alıb.
Məhkəmədə ifadə verən İsmayıl Qəhrəmanov özünü təqsirli bilib. O,
ifadəsində deyib ki, pulları dostları ilə qızlara xərcləyib. Onun
sözlərinə görə, oğurluqdan əldə etdiyi pulları gecə klublarında
qızlara xərcləyib. O, daha sonra qeyd edib ki, yoxsulluqdan əziyyət
çəkən yaxın qohumlarına da əl tutub. O, cinayət əməllərinə 2011-ci
ildən başladığını deyib: “Ən sanballı oğurluq əməllərim isə 2012-ci
ilə təsadüf edir. Təkcə Nəsimi rayonu ərazisindəki 3 mənzildən
ümumilikdə 100 min manatlıq qızıl və 50 min manatadək pul
oğurlamışam”.
Mənzilləri seçərkən diqqətlə hərəkət etdiyini deyən təqsirləndirilən şəxsin sözlərinə görə, əvvəlcədən müxtəlif yollarla kimin evdə olub-olmamasını yoxlayıb, sınaq cəhdləri edib: “Evlərə isə əsasən, binaların eyvanlarından pəncərələrdən və nəfəsliklərdən daxil olurdum”.
Daha sonra prosesdə bir neçə zərərçəkmiş ifadə verib. Məhkəmə iclası oktyabrın 24-də davam etdiriləcək.
Hacı Zeynalov

-
MDB03:13
Sovet əsgəri 40 ildən sonra vətəninə qayıtdı və ona sarıldı - VİDEO
-
Magazin101:41
Röya Ayxan Kann Film Festivalında qırmızı xalıya çıxdı - VİDEO
-
İKT01:11
Hamilə teleaparıcı doğuş sancıları ilə EFİRƏ ÇIXDI
-
Qoroskop00:15
Günün ULDUZ FALI - Ulduzlar bu axşam bir sirr pıçıldayır
-
Sosial22 May 23:24
"Qızım yuxuma girdi" - Kürə atılan Nuranənin anası ilk dəfə DANIŞDI
-
İnanc22 May 23:12
Bu səlahiyyət Şeyxin əlindən alındı
-
Magazin122 May 22:24
"Bu olmasa, müğənnilərin 99 %-i BATAR"
-
MDB22 May 22:12
Ağaca söykənən oğlan iki barmağını İTİRDİ