Vaşinqton Post: “Qərb Ukraynaya ancaq sözdə kömək edir”
Bizi izləyin

Dünya

Vaşinqton Post: “Qərb Ukraynaya ancaq sözdə kömək edir”

“Ukraynanın əlavə maliyyə yardımına ehtiyacı var”.

Axar.az xəbər verir ki, bu sözlər “Vaşinqton Post”(The Washington Post) qəzetində yer alıb.

Mətbuat Vaşinqtonun Ukraynaya az miqdarda yardım ayırmasına diqqət yetirib:

“ABŞ və Avropa İttifaqının Ukrayna üçün əminlik yaradan çoxlu sözləri var, lakin dolları çox deyil. Poroşenko Vaşinqtonda olarkən həyatının ən gözəl nitqini söylədi və bunun üçün 53 milyon dollar əldə etdi. Amma bu axı çox xırda puldur. O pullar Ukraynanın şərqində yalnız doqquz gün üçün müharibənin maliyyələşdirilməsinə kifayətdir”.

Qəzetdə o da qeyd olunur ki, bəzi ekspertlər dünyada neft qiymətlərinin düşməsinin Amerika Birləşmiş Ştatlarının Rusiyanı zəiflətmək cəhdləri və onun Ukraynaya təcavüzünü dayandırmaq üçün səbəb olduğunu iddia edirlər.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm