Dünya
Rusiyalı politoloq: “Moskva Bakının Cənubi Qafqazda liderliyini tanıyır”
“Moskva və Bakı son zamanlar intensiv olaraq yaxınlaşır. Bu hər iki tərəfin maraqlarına uyğundur. Rusiya üçün Azərbaycan strateji partnyor olaraq qalır. Moskva Bakının Cənubi Qafqazda liderliyini tanıyır. Hər iki ölkənin liderləri arasında da gözəl münasibətlər var”.
Publika.az xəbər verir ki, bu barədə rusiyalı
politoloq Vitali Arkov deyib.
Onun sözlərinə görə, Bakı və Moskvanın oxşar maraqları islam
radikalizminə qarşı mübarizə, Xəzərdə sabitliyi saxlamaq,
karbohidrogen ehtiyatlarının dünya bazarında qiymətləndirilməsi və
“rəngli inqilab” idxalına qarşı əks tədbirlərin görülməsidir.
“Rusiya Azərbaycanın Avrasiya ittifaqına girməsində maraqlıdır,
lakin əsas məsələ bu deyil və buna görə Moskva Bakıya təzyiq
etməyəcək. Çünki əməkdaşlığın forması əhəmiyyətli deyil. Əsas olan
bunun məhsuldarlığıdır. Bundan başqa, Azərbaycan məhsulları üçün
böyük Rusiya bazarları bu gün açıqdır. Eləcə də Azərbaycanda Rusiya
biznesi fəal şəkildə işləyir”- deyə o bildirib .
V. Arkov oktyabrın sonu Parisdə keçiriləcək Azərbaycan və
Ermənistan prezidentlərinin görüşünə də toxunub. Onun fikrincə,
prezidentlər şəxsi dialoq aparacaq və vəziyyətin psiləşməsinə
təhrik edən addımlardan çəkinməyi müzakirə edəcəklər: “Parisdə
Qarabağ münaqişəsinin həll ediləcəyinə inanmıram, çünki tərəflərdən
heç biri ciddi güzəştlərə hazır deyil. lakin Ermənistan işğalında
olan və özünü elan etmiş qondarma “DQR”lə sərhəddə silahların işə
düşməsinə qarşı razılaşmalar çox əhəmiyyətlidir. Hesab edirəm ki,
prezidentlərin görüşü gündəliyin dəyişməsinə imkan verəcək”.
Asif Nərimanlı
-
Magazin121:05
O getdi, mən də daha yoxam! - Əməkdar artist səhnə ilə vidalaşdı
-
Sosial19:35
Özünü öldürən sabiq pediatrın iş yoldaşı DANIŞDI: “Ailə məsələsi deyil..."
-
ABŞ19:25
Bayden Ukraynaya hərbi yardım haqqında qanunu İMZALADI
-
Rəsmi xronika18:40
Prezidentlər mətbuata bəyanatlarla çıxış etdilər - FOTO/YENİLƏNDİ
-
Hadisə18:33
Bakı hava limanında həyəcan siqnalı: Təyyarə qəza enişi etdi - FOTO
-
Sağlamlıq17:27
Yapon alimləri xərçənglə mübarizə üçün unikal vasitə hazırladı
-
Sosial17:00
Sabiq baş pediatrın intiharı ilə bağlı cinayət işi başlandı - Yeniləndi
-
Cənubi Qafqaz16:39
Ukrayna deputatları Vardanyanı biabır etdilər - Nobel Komitəsinə müraciət