Bişkekdə “geylər”in konserti ləğv olundu
Bizi izləyin

Dünya

Bişkekdə “geylər”in konserti ləğv olundu

Qırğızıstanın paytaxtı Bişkekdə ailə dəyərlərinin müdafiəçiləri gey-mədəniyyətin təbliğatında ittiham etdiyi Ukrayna rəqs qrupu “Kazaky”nin çıxışına maneə olub.

Publika.az-ın “İnterfaks” xəbər agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidməti bildirib.

“Cümə günü təxminən 100 insan paytaxtda gecə klublarından birini mühasirəyə alıb. Burada qalmaqallı məşhur “Kazaky” kollektivinin çıxışını planlaşdırılırdı", - deyə açıqlamada deyilir.

Məlumata görə, etiraz aksiyasının iştirakçıları “homoseksualizmin təbliğatı və ənənəvi ailə dəyərlərinin pozulmasına” imkan verməyəcəyini bildiriblər. Münaqişə və toqquşmaların qarşısının alınması üçün konsertin təşkilatçıları “Kazaky” kollektivinin çıxışını ləğv edib.

Yerli KİV-in məlumatına görə, konsertin təşkilatçıları “Kazaky” kollektivinə 20 min dollar cəriməni ödəməli olub. Bu həftə isə Qırğızıstan parlamenti gey-təbliğatın qadağası haqqında qanunu qəbul edib.

“Kazaky” 2010-cu ildə Ukraynada yaradılmış kişi pop-qrupudur. Qrupun iştirakçıları kolqotkalar və hündür dabanlı ayaqqabılarla tez-tez çıxış edirlər. Qrup dəfələrlə homoseksualizmin təbliğatında ittiham olunub.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm