ABŞ kürdlərə ilk silahını göndərdi
Bizi izləyin

Dünya

ABŞ kürdlərə ilk silahını göndərdi

ABŞ hərbi təyyarəsi Kobanidə İŞİD-ə qarşı vuruşan kürd döyüşçülərinə silah-sursat və tibbi ləvazimatlar endirib.

Axar.az RİA-Novosti-yə istinadən xəbər verir ki, bu barədə ABŞ Hərbi Qüvvələrinin Mərkəzi Komandanlığından məlumat verilib.

Komandanlıqdan bildirilib ki, son bir neçə gün ərzində Kobanidəki İŞİD mövqelərinə 135 aviazərbə endiririlib və yüzlərlə silahlı öldürülüb.

“Buna baxmayaraq, Kobanidə vəziyyət gərgin olaraq qalır. İŞİD şəhəri işğal etməyə davam edir, kürd qüvvələri isə müqavimət göstərirlər”, - məlumatda deyilib.

- See more at: http://axar.az/news/32510#sthash.W5ShYbCG.dpuf

Oxumağa davam et
Reklam
Reklam

Gündəm