Dünya
Ukrayna Ali Radası boykot təhlükəsi qarşısında

Ukrayna Ali Radasının bugünkü növbədənkənar iclasında 240 deputat qeydiyyatdan keçib.
Publika.az-ın unian.net saytına istinadən verdiyi məlumata görə, bununla da tələb olunan yetərsayı əldə etmək mümkün olub.
İclasda “Batkivşina” Partiyası 52, Regionlar Partiyası 27, “Zərbə” Partiyası 41, "İqtisadi inkişaf" qrupu 34, “Suveren Avropa Ukraynası" qrupu 14, “Azadlıq” Partiyası 34, “Sülh və sabitlik üçün” qrupu 2 deputatla iclasa qatılıb. İslasda həmçinin 36 bitərəf deputat iştirak edir.
Qeyd edək ki, iclasın keçirilməyəcəyi təhlükəsi var idi. Ali Rada sədri Aleksandr Turçinov bildirmişdi ki, qanunların qəbul olunması üçün tələb olunan 226 deputatın iştirak edəcəyi halda iclas keçiriləcək.
A.Turçinovun sözlərinə görə, Ali Radanın iclaslarına qatılmayan deputatların adları açıqlanacaq: “Qoy vətəndaşlar bilsinlər ki, hansı deputatlar onların qayğısına qalır və hansı deputatlara seçicilərin maraqları lazım deyil?”
Qeyd edək ki, Ukrayna Ali Radasında 450 deputat təmsil olunur.
Ömər Dağlı

-
Dünya10:54
Netanyahu orduya göstəriş verdi: Heç kimin toxunulmazlığı yoxdur, VURUN!
-
Yaxın Şərq10:00
ABŞ kəşfiyyatı məlumat yaydı: Xameneinin öldürülməsi planı…
-
Avropa09:54
Amerikalı rejissorun dəhşətli əməli: Rus qadını və körpəsini bu ölkədə vəhşicəsinə öldürdü
-
Nida Xəbər 09:12
Milyardlarla dövriyyəsi olan “SAUR” şirkətinin vitse-prezidenti Bakıda hakim qarşısında
-
Magazin106:16
Renka efirdə onun üçün göz yaşı tökdü - VİDEO
-
Region03:43
İran İsrail telekanalına hücum planlarını AÇIQLADI
-
Nida Xəbər 03:13
"İranın oyundan çıxması Azərbaycanın Zəngəzur üzərində nəzarətini gücləndirəcək" - VİDEO
-
Qoroskop00:00
Gününü ULDUZ FALI - Hər nədirsə, onu bu gün seçin