Rusiya “Bulava”nı ilk dəfə atom sualtı gəmisindən buraxacaq
Bizi izləyin

Dünya

Rusiya “Bulava”nı ilk dəfə atom sualtı gəmisindən buraxacaq

Rusiya 29-30 oktyabr tarixlərində “Bulava” qitələrarası ballistik raketin atom sualtı gəmisindən ilk atışını həyata keçirəcək.

Publika.az-ın İTAR-TASS xəbər agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə Rusiya Silahlı Qüvvələrinin Baş Qərargahındakı mənbə bildirib.

Ballistik raket Ağ dənizdəki “Yuriy Dolqorukiy” sualtı gəmidən Kamçatkadakı poliqona buraxılacaq. Baş Qərargahdakı mənbə bildirib ki, atom sualtı gəmisində 16 ədəd qitələrarası ballistik raket yerləşdiriləcək.

Qeyd edək ki, “Bulava” qitələrarası ballistik raketinin uçuş məsafəsi təchizatdan asılıdır və bu məsafə 11 min kilometrə qədər çata bilər. “Bulava”nın 2025-2030-cu illərdə qədər Rusiyanın dəniz strateji nüvə güclərinin əsasını təşkil edəcəyi göslənilir.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm