Putinin yarıçılpaq şəkilləri Soçi otellərini bəzəyir - FOTOLAR
Bizi izləyin

Dünya

Putinin yarıçılpaq şəkilləri Soçi otellərini bəzəyir - FOTOLAR

Soçiyə gələn yüzlərlə ziyarətçi sifariş verdikləri bahalı otel otaqlarında Rusiya prezidenti Vladimir Putinin yarıçılpaq portretindən şikayət edirlər.

Publika.az xəbər verir ki, iki milyon dollara başa gələn Olimpiya oyunları üçün təşkil olunmuş otel otaqlarını bəzəyən portretdə Putin üst geyimsiz müxtəlif heyvanlarla birlikdə əks olunub.

Həyat yoldaşıyla Ohayo ştatından gələn Treysi Kuliqan yarıçılpaq Putinin ayı üzərindəki nəhəng portretindən sarsılıb. Kuliqan deyir ki, o, minlərlə kilometr yolu ədəbsizliklə üzləşmək üçün qət etməyib. Putin bu şikayətlərə etinasızlıqla yanaşaraq otellərdən şikayət edənləri “ağlağan körpələr” adlandırıb.

“Divardakı asılan şəkildən şikayət edənlər əslində minnətdar olmalıdırlar. Ən azı ona görə ki, onlara divarları olan otaqlar verilib”, - deyə Rusiya prezidenti əlavə edib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm