Ruhaninin nazirlərinin hamısı “amerikalı” çıxdı
Bizi izləyin

Dünya

Ruhaninin nazirlərinin hamısı “amerikalı” çıxdı

Səudiyyə Ərəbistanının mətbuatı İsrail və ABŞ əleyhdarı siyasəti ilə tanınan İran barəsində maraqlı bir faktı irəli sürüb.

Publika.az-ın verdiyi məlumata görə, Səudiyyə mətbuatı dünya siyasəti arenasında 1 fevral 1979-cu il islam inqilabı ilə xarici siyasətini dəyişdirən İranın tamamilə Amerika pərəstişkarı olduğunu bildirib.

İddiaya görə, Həsən Ruhaninin nazirlərinin hamısı ABŞ-da təhsil alıb.

Xarici işlər naziri Cavad Zərif San Francisko Universiteti, təhsil naziri Məhəmməd Əli Nəcəfi Massaçusets Texnologiya İnstitutu, informasiya və rabitə texnologiyaları naziri Mahmud Vaezi Sakremento Univesiteti, mədən və ticarət naziri Məhəmməd Rza Nemetzade Luziana Dövlət Universiteti, ətraf mühitin qorunması naziri isə Kaliforniya Politexnik Universitetində təhsil alıb. Atom Enerjisi Təşkilatının sədri Əli Əkbər Salehi Corc Vaşinqton Universiteti, İran Ordusunun Baş Qərargah başçısı Məhəmməd Nahavandian İqtisadiyyat və Siyasət İnstitutunu oxuyub.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm