Rus diplomatları və jurnalistləri casus qalmaqalına görə ölkədən qovulur
Bizi izləyin

Dünya

Rus diplomatları və jurnalistləri casus qalmaqalına görə ölkədən qovulur

Polşa və Rusiya arasında casus qalmaqalı böyüyür.

Publika.az-ın xarici mediaya istinadən verdiyi məlumata görə, Polşa Rusiya diplomatlarını ölkədən şıxara bilər.

Bu barədə Polşanın baş naziri Eva Kovaç “TVP2” telekanalının efirində bildirib.

Onun sözlərinə görə, diplomatların ölkələrinə göndərilməsi bu cür vəziyyətlərdə "standart təcrübədir". Qərar bu gün qəbul edilə bilər. Rusiyaya göndərilən diplomatların sayı da açıqlanmır.

Xatırladaq ki, Polşa əks-kəşfiyyatının iki hərbçisi Rusiyanın xeyrinə casusluqda ittiham olunaraq həbs edilib. Bundan başqa, casus qalmaqalı fonunda Polşadan yalnız Rusiya diplomatlarının deyil, həm də Polşada Rusiya KİV-i üçün işləyən rusiyalı jurnalistlərin də çıxarılması gözlənilir.

İki gün əvvəl isə siyasi ekspert Stanislav Yaneski ölkəsinin “wPolityce" nəşrində Rusiyanın Polşadakı geniş agentura şəbəkəsindən yazarkən ölkə rəhbərliyini kəskin tənqid edib.

Stanislav Yaneskinin sözlərinə görə, Rusiyanın “peşəkar” agenturasından başqa, Polşada biznes, Moskvanın təsiri altında işləyən KİV (xüsusən müxtəlif xəbər portalları), ali məktəblər, müxtəlif assosiasiyalar, mədəni müəssisələr, həmçinin dövlət idarələri, partiyalar, yerli hakimiyyət orqanları və fondlarda agentlər yer tapıb: “Əlbəttə, demokratik dövlətdə belə insanları həbs etmək olmaz. Amma təşəbbüs etmək olar ki, xarici dövlətin dəstəyi onlar üçün əlverişsiz olsun. Dövlətlərdə xarici agenturanın ziyankar fəaliyyətinin qarşısını almaq üçün kifayət qədər alətlər var. Və bir çox dövlətlər onlardan istifadə edir. Polşada xarici agenturanın fəaliyyətinin məhdudlaşdırılması üçün heç nə edilmir, əksinə xarici agentura getdikcə daha aktivləşir. Bu o deməkdir ki, Polşa xüsusi xidmət orqanları xarici agentlərin yerləşdirilməsi haqqında kifayət qədər informasiyaya malik deyil. Avropa Birliyinin (məsələn Almaniya, Böyük Britaniya, İsveç və ya Finlandiya) bir çox ölkələri Rusiyanın məxfi xidmətləri haqqında geniş informasiyaya malikdir və onları məharətlə neytrallaşdırırlar. Polşada onlar istədiyi kimi oynayırlar, çünki özlərini tamamilə cəzasız hiss edirlər. Məlum deyil ki, bu nə məsələdir: Polşa xüsusi xidmət orqanları ya Rusiya agenturasına qarşı dura bilmir, ya da sadəcə olaraq, bunu etmək istəmirlər”.

Polşalı siyasi ekspert qeyd edib ki, Polşa dövlətinin bu xətti son zamanlar Rusiya agenturasını kifayət qədər həvəsləndirib: “Polşa faktiki olaraq, Rusiya agenturası ilə bağlı bütün hərəkətlərdən imtina edib və bunun əvəzində Rusiya agentura şəbəkəsini əhəmiyyətli dərəcədə genişləndirib. Hazırda Polşa hər cür forma və metodlarla işləyən Rusiya agentləri üçün əsl cənnətə çevrilib və iki agentin tutulması vəziyyəti dəyişdirmir”.

Rəsmi Moskva isə Polşanın iddiaları rədd edir.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm