Davutoğlu milli nüvə stansiyası barədə təlimat verdi
Bizi izləyin

Dünya

Davutoğlu milli nüvə stansiyası barədə təlimat verdi

İki nüvə stansiyasının tikilməsi və istismarı üçün xarici ölkələrlə müqavilə imzalayan Türkiyənin üçüncü nüvə stansiyası milli olacaq.

Publka.az-ın Türkiyə mediasına istinadən verdiyi məlumata görə, bu barədə Türkiyə baş naziri Əhməd Davudoğlu bildirib.

Ə.Davudoğlu ölkənin enerji tələbatının ödənilməsində bir başqa alternativin də bərpa oluna bilən enerji olduğunu və bu istiqamətdə potensialdan maksimum istifadə etmək üçün hökumətin təlimatı verdiyini söyləyib. Baş nazir Türkiyənin enerji tranziti baxımından əhəmiyyətli bir coğrafiyada yerləşdiyini və bunun ən böyük nümunəsinin TANAP layihəsi olduğunu deyib.

Ə.Davudoğlu Türkiyədə 2016-ci ildə hər şəhərin təbii qazla təmin olunacağını söyləyib.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm