Britaniya Suriyada kəşfiyyat uçuşları həyata keçirəcək
Bizi izləyin

Dünya

Britaniya Suriyada kəşfiyyat uçuşları həyata keçirəcək

Britaniya Suriya üzərində İŞİD terrorçuları haqda məlumatların toplanması məqsədilə hərbi kəşfiyyat uçuşları həyata keçirəcək.

Publika.az-ın məlumatına görə, Britaniyanın müdafiə naziri Maykl Fallon ölkəsinin ABŞ-ın başçılığı ilə "İslam Dövləti" qruplaşmasına qarşı mübarizədə rolunu artırdığını bildirib. O deyib ki, kəşfiyyat uçuşları Reaper tipli pilotsuz idarə edilən təyyarələr və Rivet Joint tipli kəşfiyyat təyyarələri vasitəsilə həyata keçiriləcək və silahlardan istifadə edilməyəcək.

Britaniya Kral Hərbi hava Qüvvələri İraqda "İslam Dövləti" qruplaşmasına qarşı 40-dən çox hərbi missiya həyata keçirsə də, Birləşmiş Ştatlar və bir sıra ərəb ölkələrindən fərqli olaraq Suriyada hərbi hava hücumlarında iştirak etməyib. Çünki Britaniya parlamenti Suriyada hərbi əməliyyatların genişləndirilməsi haqda qərarı hələ təsdiq etməyib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm