Donbasa Rusiya desantçılarının növbəti qrupu yerləşdirilib
Bizi izləyin

Dünya

Donbasa Rusiya desantçılarının növbəti qrupu yerləşdirilib

Rusiya Federasiyası Silahlı Qüvvələrinin hərbi bölmələrinin Donbas hövzəsində yerləşdirilməsi prosesi davam edir.

Publika.az-ın unian.net saytına istinadən verdiyi məlumata görə, bu barədə Ukrayna Hərbi-siyasi Tədqiqatlar Mərkəzinin rəhbəri, “İnformasiya müqaviməti” qrupunun koordinatoru Dmitri Tımçuk “Facebook” səhifəsində bildirib.

“Xüsusi olaraq Omskdakı xüsusi təyinatlılar və 331-ci paraşüt-desant alayının (Kostrama şəhəri) döyüşçüləri Donetsk vilayətində yerləşdirilir”, - deyə hərbi ekspert yazıb.

Bundan başqa, D.Tımçuk qeyd edib ki, “Uspenka” sərhəd buraxılış məntəqəsi vasitəsilə Donetsk vilayətindən Rusiyaya son günlər dəfələrlə yük avtomobillərin yedəkçiləri keçib. Onlarla daha əvvəllər Ukrayna ərazisinə hərbi texnika keçirildiyi təxmin edilir.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm