Dünya
İtaliyanın baş naziri rus prankerlərinin qurbanı oldu
Əhəmiyyətli şəxslərə telefon zarafatı edən "Vovan" və "Leksus" kimi tanınan rus komediya ustalarının bu dəfəki qurbanı İtaliyanın baş naziri Corcia Meloni olub.
Publika.az xəbər verir ki, sentyabrın 18-də Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyasında Afrika liderləri ilə keçiriləcək görüşlərdən əvvəl ofisinə gələn zəngin Afrika Birliyi Komissiyasının sədrindən gəldiyini düşünən Meloni, 13 dəqiqəlik telefon zəngində Rusiya-Ukrayna müharibəsi ilə bağlı təəccübləndirən qiymətləndirmələr edib. Meloni ingilis dilində keçirilən görüşdə Avropa liderlərinin Ukraynada 20 aydır davam edən müharibədən bezdiklərini və indi “çıxış yolu” istədiklərini deyib:
"Mən görürəm ki, bütün tərəflər çox yorğundurlar. Düzünü desəm, o yerə gəlib çatmışıq ki, bizə "çıxış yolu" lazımdır. Ona görə də hamı başa düşür ki, həll yollarını tapmağa cəhd etməsək, bu vəziyyət həqiqətən uzun illər davam edə bilər. Beynəlxalq hüququ pozmadan hər iki tərəf üçün məqbul olan bir çıxış yolu tapılmalıdır”.
İtaliyanın baş naziri ölkəsinin Aralıq dənizini keçən bir çox miqrant üçün ilk dayanacaq olduğunu da qeyd edib və beynəlxalq tərəfdaşların kömək etmək üçün kifayət qədər səy göstərməməsindən şikayətlənib:
"Onların hamısı İtaliyanın bu problemi təkbaşına həll etməsi ilə həmfikirdir. Bu, olduqca axmaq bir düşüncə tərzidir."
"Vovan" və "Leksus"un səs yazısını yayımlaması ilə aldadıldığını anlayan Giorgia Meloni çox təəssüfləndiyini bildirən bir açıqlama paylaşıb, lakin bu vəziyyət təhlükəsizlik baxımından yaranan narahatlıqları da bərabərində gətirib.
İtaliya müxalifəti baş naziri Rusiyanın tələsinə düşməkdə günahlandırıb və prankerlərin necə asanlıqla baş nazirə çata bildiyini sorğulayıblar.
Britaniya mediası isə Vovan və Leksusun Rusiya agenti ola biləcəyini və Meloninin müharibə ilə bağlı dediklərinin Kremlin xeyrinə olduğunu iddia ediblər.
Vladimir "Vovan" Kuznetsov və Aleksey "Leksus" Stolyarov ötən ilin noyabrında Polşa lideri Andjey Sebastyan Dudaya Fransa prezidenti Emmanuel Makron kimi zəng edərək aldatmışdılar.
Nəzrin
-
Avto07:15
Bu avtomobil şirkəti 4500 işçisini ixtisar edəcək
-
İdman06:46
"Qan qusdum" - Taysondan səhhətilə bağlı şok etiraf
-
İdman02:42
Super ulduzun arvadı Ançelottini biabır etdi - FOTO
-
Hadisə01:30
Daha bir acı xəbər gəldi: bu dəfə 14 yaşlı yeniyetmə...
-
Sosial00:50
Toya hazırlaşanlara məyusedici xəbər - Qiymətlər bahalaşacaq
-
Hadisə8 Noyabr 23:55
Hərbi hissə yaxınlığında YANĞIN baş verdi
-
Magazin28 Noyabr 21:12
Cennifer Lopez Şahzadə Diana kimi geyindi - FOTOLAR
-
Sosial8 Noyabr 21:00
Bakıda möhtəşəm Zəfər atəşfəşanlığı - VİDEO