Bu ittifaq ABŞ üçün problem yarada bilər
Bizi izləyin

Dünya

Bu ittifaq ABŞ üçün problem yarada bilər

ABŞ prezidenti Co Bayden administrasiyasının bəzi yüksək rütbəli rəsmiləri Fələstin-İsrail münaqişəsinin hazırkı gərginliyi zamanı administrasiya tərəfindən qəbul edilən açıq-aşkar İsrailyönlü mövqenin ABŞ-ın özü üçün problem yarada biləcəyindən narahatdırlar.

Publika.az xəbər verir ki, NBC-nin yaydığı məlumata görə, son bir həftə ərzində Ağ Ev prezidentin və administrasiyanın mesajlarını redaktə edərək, Fələstin mülki əhalisinin narahatlığını, habelə Birləşmiş Ştatların humanitar yardım çatdırma səylərini vurğulayır.

"Əgər hər şey pis ssenari üzrə gedirsə, o zaman biz heç olmasa artıq açıqlanmış mesajlarımıza istinad etmək üçün müəyyən bazaya sahib olmaq istəyirik", - deyə Ağ Ev rəsmilərindən biri bildirib.

Onun sözlərinə görə, Baydenin İsrailin bütün hərbi əməliyyatlarını dəstəklədiyi və ABŞ-ın İsrailə ayırdığı silahların arasında çoxlu qadın və uşaqların da olduğu mülki fələstinliləri öldürmək üçün istifadə edilməsi fikrinin kök salması xüsusilə narahatedici amildir.

Adəm

Oxumağa davam et
Reklam
Reklam

Gündəm