ABŞ-ın tətbiq etdiyi bu metod zəlzələyə səbəb olur – Şok iddia
Bizi izləyin

Dünya

ABŞ-ın tətbiq etdiyi bu metod zəlzələyə səbəb olur – Şok iddia

Venesuela prezidenti Nikolas Maduro ABŞ-ı planeti dağıtmaqda ittiham edib.

Publika.az-ın xarici mediaya istinadən verdiyi məlumata görə, dövlət başçısı belə bir bəyanatla Venesuela hökumətinin iclasında deyib.

Madura qeyd edib ki, ABŞ nefti hidravlik qırılma (frekinq) metodu ilə əldə edərək yer kürəsini dağıdır.

“Venesuela neftin vəhşiliklə çıxarılması metodunu pisləyir. Bu metod planeti dağıdır”, - deyə Venesuela söyləyib.

O həmçinin dünya bazarında neftin artan bolluğu və qiymətlərin düşməsindən narazılığını dilə gətirib. Venesuela prezidentinin sözlərinə görə, Vaşinqton bu siyasətlə Rusiya və İran iqtisadiyyatına zərbə vurmağa çalışır.

Hidravlik qırılma metodu yaxın vaxtlarda Amerika alimləri tərəfindən tətbiq olunmağa başlayıb. Bu metod müxtəlif təbii kataklizmlərə səbəb olur. Məhz frekinq metodunun tətbiqi 2013-cü ildə Ohayoda çoxsaylı zəlzələlərə gətirib çıxarıb.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm