“Əl-Qaidə” liderinin köməkçiləri təslim oldu
Bizi izləyin

Dünya

“Əl-Qaidə” liderinin köməkçiləri təslim oldu

İraq hüquq-mühafizə orqanları ilə könüllü şiə milislər dörd aydır İŞİD (İraq Şam İslam Dövləti) mühasirəsində olan Bağdadın cənub-qərbindəki Cerf Essehir bölgəsində əməliyyat təşkil edib. Əməliyyat nəticəsində 100-ə yaxın İŞİD yaraqlısı təslim olub.

Publika.az “Rudav” xəbər agentliyinə istinadən xəbər verir ki, Babil şəhər təhlükəsizlik məclis komissiyasının sədri Samir Ziban bu gün mətbuat konfransı keçirib. Ziban konfransda Cerf Essehir bölgəsində İraq hüquq-mühafizə orqanları və könüllü şiə milislərinin İŞİD-ə qarşı həyata keçirdikləri əməliyyat haqqında açıqlama verib.

Samir Ziban əməliyyatdan sonra İŞİD-in mühasirəsinin yarıldığını və 100-ə yaxın yaraqlının İraq hüquq mühafizə orqanlarına təslim olduğunu deyib.

Ziban təslim olan İŞİD-çilər arasında “Əl-Qaidə” lideri Əbu Musab Zerkavinin köməkçiləri olan və 2003-2005-ci illərdə bir çox terror aktlarına imza atan Davud Süleyman Feyhan ilə Arif Cənabiyənin də olduğunu deyib.

Əvəzində, İŞİD dünəndən bəri Fəllucənin Əmirli bölgəsinə hücumlar təşkil edir.

Qabil

Oxumağa davam et
Reklam
Reklam

Gündəm