“Qara qutu”ların oxunması başa çatdı
Bizi izləyin

Dünya

“Qara qutu”ların oxunması başa çatdı

Moskvanın “Vnukovo” hava limanında qəzaya uğrayan təyyarənin “qara qutu”larının oxunması başa çatıb.

Publika.az-ın RİA xəbər agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə Beynəlxalq Aviasiya Komitəsinin komissiyasında təmsil olunan fransalı ekspert Fransua Oşar bildirib.

"Qara qutu”larda informasiya zərər dəyməyib. Biz informasiyaları tamamilə çıxara bildik", - deyə fransalı ekspert deyib.

Bu gün həmçinin təyyarənin “qara qutu”larının oxunmasından sonra ilk məlumatlar açıqlanıb. İlkin araşdırmalar pilotların hərəkətlərində səhvlərin olmadığın ortaya çıxarıb.

Qəzanı araşdıran ekspertlər bildirib ki, qartəmizləyən maşınla toqquşmadan qaçmaq üçün pilotların heç bir şansı olmayıb. “Qara qutu”lardakı informasiyasının analizi göstərir ki, ekipaj təlimat üzrə hərəkət edib.

Xatırladaq ki, üç gün əvvəl Moskvanın Vnukova hava limanından Parisə uçmağa hazırlaşan “Falkon 300” tipli 4 nəfərlik Fransa təyyarəsi uçuş zolağında saatda 200 kilometr sürətlə hərəkət edərkən anidən qarşısına çıxan qar təmizləyən maşınla toqquşub.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm