Ukraynada “Şərq” batalyonunun kəşfiyyatçısı saxlanılıb
Bizi izləyin

Dünya

Ukraynada “Şərq” batalyonunun kəşfiyyatçısı saxlanılıb

Ukrayna Milli Təhlükəsizlik Xidmətininn əməkdaşları Donetsk-Mariupol yolunda “Şərq” batalyonunun döyüşçü-kəşfiyyatçısını saxlayıb.

Publika.az-ın unian.net saytına istinadən verdiyi məlumata görə, bu barədə Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının informasiya-analitik mərkəzinin nümayəndəsi Andrey Lısenko brifinq zamanı bildirib.

Onun sözlərinə görə, 1985-ci il təvəllüdlü Ukrayna vətəndaşını saxlayıblar. O, dinc sakini adı ilə Ukrayna ordusunun blokpostlarını keçməyə çalışırdı. Qeyd olunur ki, “Şərq” batalyonu qeyri-qanuni silahlı qruplaşmadır. A.Lısenko vurğulayıb ki, kəşfiyatçı Ukrayna Ali Radasına seçkilər ərəfəsində terror aksiyaları həyata keçirməyi planlaşdırırdı.

Saxlananılan şəxsdən “Şərq" batalyonunun xüsusi nişanı götürülüb. Həmin nişan sahiblərinə “Donetsk Xalq Respublikası”nın bütün blokpostlarını maneəsiz keçmək hüququ verir.

Xatırladaq ki, bir neçə gün əvvəl də Rusiya xüsusi xidmət orqanları Kiyevdə həyata keçrimək istədiyi gizli plan üzə çıxarılıb.

Ukrayna Milli Təhlükəszilik Xidmətinin mətbuat katibi Yelena Qitlyanskaya bildirib ki, Rusiya xüsusi xidmət orqanları Ali Radaya seçkilər günündə Kiyevdə təyyarəni partlatmaq, həmçinin Mərkəzi Seçki Komissiyası və Nazirlər Kabinetini atəşə tutmaq istəyirdi.

Onun sözlərinə görə, Rusiya xüsusi xidmət orqanları 24 oktyabrdan başlayaraq Ali Radaya seçkilər keçiriləcək günə qədər “Kiyev xalq respublikası” adından vərəqələr yaymaq istəyirdilər. Milli Təhlükəszilik Xidmətinin mətbuat katibi Rusiya Federasiyası vətəndaşı 1992-ci il təvəllüdlü Sergey Rastrıqin yaradılmış qrupa rəhbərlik etdiyini deyib.

“Cinayətkar qrup dövlət hakimiyyəti orqanları ilə yanaşı, nəqliyyat və kommunal təsərrüfat müəssisələrində diversiyaları və terror aktlarını keçirməyi planlaşdırırdı. Bu məqsədlə Rusiya Federasiyası xüsusi xidmət orqanı Kiyevdə gizli ünvan tutublar. Burada tank əlehinə qumbaraatanlar, reaktiv odsaçanlar və qumbaralar aşkarlanıb. Ukrayna Milli Təhlükəszilik Xidmətinin əməkdaşları müəyyən edib ki, Rusiya xüsusi xidmət orqanları qruplaşmaya planın icrası üçün 64 min 200 dollar verib”, - deyə Yelena Qitlyanskaya deyib.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm