Dünya
Sunak həm İsrailə dəstək verir, həm də deyir ki...

Böyük Britaniyanın Baş naziri Rişi Sunak İsrailin özünümüdafiə haqqına verdiyi dəstəyi bir daha ifadə edərək, Qəzzada baş verən humanitar böhranla bağlı çağırışlar edib.
Publika.az xəbər verir ki, Somali, Birləşmiş Ərəb Əmirlikləri, Bill və Melinda Qeyts Fondu, Uşaq İnvestisiya Fondu (CIFF) və Böyük Britaniya ilə əməkdaşlıq çərçivəsində Londonda Təhlükəsizlik Sammiti işə başlayıb.
Sammitin açılışında çıxış edən Sunak dünyada baş verən bir çox münaqişələrin bilavasitə yoxsul təbəqəyə təsir etdiyini bildirib:
“Biz humanitar yardımın heç bir maneə olmadan Qəzzaya çatdırılmasına çağırırıq. Münaqişəyə dərhal humanitar fasilə verilməlidir. Səylərimizi davam etdiririk. Böyük Britaniya yoxsullara və humanitar böhranlardan təsirlənənlərə dəstək olmaq üçün maliyyə yardımı ilə yanaşı, informasiya dəstəyi də verir. Bu sıfır aclıq hədəfinə doğru səylərimizi ikiqat artırmaqla başlayır. 2023-cü ildə təxminən 1 milyard insan lazımi səviyyədə qidalanmayacaq, milyonlarla insan aclıqla üzləşəcək. 5 yaşından kiçik 45 milyon uşaq kəskin şəkildə xəstələnəcək”.
Bolluqla dolu bir dünyada heç kimin aclıqdan ölməməsi lazım olduğunu bildirən Sunak, ölkəsinin Birləşmiş Millətlər Təşkilatının (BMT) böhrana qarşı mübarizə vahidlərinə ən çox dəstək verən 4 ölkədən biri olduğunu ifadə edib.
Sunak əlavə edib ki, Fələstinin mülki vətəndaşlarına dəstəyini ikiqat artırıb:
“Ancaq bu beynəlxalq humanitar yardım qanun çərçivəsində olmalıdır. Regionda vəziyyət çox acınacaqlıdır və getdikcə pisləşir. Biz humanitar yardımın heç bir maneə olmadan Qəzzaya çatmasını təmin etmək və münaqişəyə dərhal humanitar fasilə vermək üçün səylərimizi davam etdiririk. Çünki günahsız mülki insanların çəkdiyi əziyyətlərə son qoyulmalıdır”, - deyə o bildirib.
Somali prezidenti Həsən Şeyx Mahmud çıxışında ölkəsinin hər zaman bir çox səbəblərdən qida böhranı yaşayan ölkələrdən biri olduğuna diqqətə çatdırıb:
“Somali zəngin bir ölkədir. Bir çox Afrika ölkəsindən daha böyük əkin sahəmiz var. Lakin neqativ hallar hələ də davam edir. 2022-ci ilin iyun ayında yerli qüvvələr və milli ordu misli görünməmiş bir hücumla 70 yaşayış məntəqəsini Əl-Şəbabın nəzarətindən azad etdi. Azad edilən bu yerlər zəngin əkin sahələrinə malikdir”.
Aysel Şahmar

-
Ekologiya18:00
Alimlərdən Avropaya xəbərdarlıq: O dəhşət daha tez gələcək
-
Maraq dünyası17:16
Bu 3 bürc Əjdaha ilində VARLANACAQ: Pul qabıları dolub-daşacaq
-
Magazin116:31
Alim Qasımovun keçmiş kürəkəni 20 yaşlı qız qaçırdı
-
İqtisadi gündəm16:21
300 dollarlıq gömrük limiti dəyişdirilir? - AÇIQLAMA
-
İdman15:31
Uğurunun sirri olan qadın ortaya çıxdı - FOTOLAR
-
Sosial15:01
Temperatur 5-8 dərəcə aşağı enəcək - XƏBƏRDARLIQ
-
Kriminal14:46
Fermada gənc sevgilisi ilə cinsi əlaqədə oldu, bunu videoya çəkən dostu isə... - Şok təfərrüat
-
İdman14:11
Qanalı gözəl təkzib etdi: Onunla görüşməmişəm - FOTOLAR