Dünya
Kömür şaxtasında qəza baş verib: 16 ölü
Çində kömür şaxtasında baş verən növbəti qəza çoxsaylı insan ölümü ilə nəticələnib.
Publika.az-ın xarici mediaya istinadən verdiyi məlumata görə, Çinin şimal-qərbindəki Sintszyan-Uyğur muxtar vilayətində baş verən qəzada 16 nəfər ölüb.
Həmçinin 11 nəfərin yaralandığı bildirilir.
Qeyd edək ki, Çin dünyada kömür şaxtalarında ən çox qəza baş verən ölkədir. Çin ən azı 2000 kömür şaxtasını 2015-ci ilin sonunadək bağlamağı planlaşdırır. Məqsəd bu ölümcül sənayedə təhlükəsizlik standartlarının yaxşılaşdırılmasıdır.
Ölkənin Nazirlər Kabineti sayılan Dövlət Şurası bildirib ki, bağlanacaq şaxtalar ildə istehsalı 90 min tondan az olanlar, təhlükəsizlik qaydalarına əməl etməyənlər, eləcə də qəzalara meyilli, aşağı standartlı kömür ehtiyatları olan şaxtalardır.
Ömər Dağlı
-
Sağlamlıq07:10
Yabanı halda bitən bu bitki xərçəng hüceyrələrini 48 saatda məhv edir!
-
İdman06:40
Bellinqem bu gözəllə münasibətə başladı - FOTOLAR
-
Ekopublika.az06:10
Bakıda taksi qiymətləri BAHALAŞDI - SƏBƏB
-
Sağlamlıq02:19
Qadınlarda sonsuzluğa və tüklənməyə səbəb olan nadir sindrom
-
Sosial01:45
Keçmiş məcburi köçkünlərin evləri satışa çıxarılır - QİYMƏTLƏR
-
Nəqliyyat01:30
Qazaxın Aşağı Əskipara kəndinə gedən yol açıldı
-
MDB01:15
Rusiya BMT TŞ-nin qətnaməsinə veto qoydu
-
MDB01:00
Şoyqu İvanovu vəzifəsindən uzaqlaşdırdı