Ermənistanda yeni problem: Yanvarın 1-dən etibarən...
Bizi izləyin

Dünya

Ermənistanda yeni problem: Yanvarın 1-dən etibarən...

2024-cü il yanvarın 1-dən Ermənistan vətəndaşları Gürcüstandan və ya Avropa İttifaqının üzvü olmayan ölkədən müvəqqəti istifadə üçün gətirilən avtomobillər üçün gömrük orqanının depozit hesabına pul ödəməlidir.

Publika.az xəbər verir ki, bu barədə qərar bir müddət əvvəl baş nazir Nikol Paşinyanın sədrliyi ilə keçirilən iclasda qəbul edilib.

“Problem ondadır ki, Aİ-yə üzv olmayan ölkələrdə, əsasən Gürcüstanda Ermənistana gətirilən yüngül minik avtomobilləri rəsmiləşdirilərək qeydiyyata alındıqda Ermənistanda “formal” müvəqqəti idxal yolu ilə idarə olunur.

Məsələ burasındadır ki, Ermənistana gətirilən avtomobillər Gürcüstanda aşağı qiymətə qeydiyyatdan keçir. Nəticədə gömrük rüsumları, əlavə dəyər vergisi, ekoloji vergi və əmlak vergisi baxımından dövlət büdcəsinə ödənişlər həyata keçirilmir. Əvəzində digər ölkələrin dövlət büdcəsinin gəlirlərinə Ermənistanda istismar edilən, lakin qeydiyyata alınmayan həmin avtonəqliyyat vasitələrinə görə yuxarıda qeyd olunan rüsumlar əlavə edilir.

Qeyd olunur ki, avtomobil müvəqqəti idxaldan çıxarıldıqda, yəni qeydiyyatda olduğu ölkəyə qaytarıldıqda pul geri qaytarılacaq.

Hazırda Ermənistan ərazisində 9 minə yaxın avtomobil bu statusla idarə olunur.

Adəm

Oxumağa davam et
Reklam
Reklam

Gündəm