Ebolanı aşkarlamaq üçün yeni test
Bizi izləyin

Dünya

Ebolanı aşkarlamaq üçün yeni test

ABŞ-da Ebola virusunun aşkar olunması üçün iki yeni test hazırlanıb.

Publika.az xəbər verir ki, yeni testlər Solt-Leyk-Sitidə yerləşən BioFire Defense şirkəti tərəfindən hazırlanıb.

ABŞ-nın sanitar nəzaət idarəsindən bildirilib ki, bütün dünyada Ebola virusunun erkən aşkar edilməsi vacibdi. "Epidemiya zamanı virusun aşkarlanması üçün icazə verilmiş testlərin sayının artırılması məqsədilə bu cür şirkətlərlə əməkdaşlıq edəcəyik", - idarədən bildirilib.

Qeyd edək ki, indiyədək ABŞ-da Ebola virusindan liberiyalı Tomas Dunkan həlak olub. Onu müalicə edən tibb bacılarından biri virusa yoluxub. Hazırda Nyu-York şəhərində təxminən bir ay Qvineyada qalmış həkim Kreyq Spenser müalicə olunur. Həkimlərin sözlərinə görə, Spenser sabit vəziyyətdədir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm