Alman kəşfiyyatı: Sərnişin təyyarələri vurulacaq
Bizi izləyin

Dünya

Alman kəşfiyyatı: Sərnişin təyyarələri vurulacaq

Alman mediası “İslam Dövləti” (İŞİD) terror qruplaşması ilə bağlı qorxunc bir iddia irəli sürüb.

Publika.az-ın verdiyi xəbərə görə, “Bild Am Sonntag” qəzeti İŞİD-in sərnişin təyyarələrini vurma ehtimalından yazıb.

Qəzet Almaniyanın Federal Kəşfiyyat Xidmətindəki (BND) mənbələrə istinad edərək Şimali İraqdakı İŞİD-in əlində sərnişin təyyarəsini vura biləcək son dərəcə müasir silah sistemlərinin olduğunu iddia edib. Xəbərə görə, Almaniya Federal Məclisində keçirilən gizli bir toplantıda BND agentləri bu barədə xəbərdarlıq edib. Sözügedən silahların “Manpads” tipli daşınabilən və çiynə qoyula biləcək raketlərin olduğu açıqlanıb.

Rusların layihəsi olan bu silahların Bolqarıstan və ya Çində istehsal oluna biləcəyini deyilir. 1970-ci illərdə istehsal olunan silahlardan İŞİD-in əlində son modellərinin olduğu vurğulanıb. Silahların Suriya ordusunun silah anbarlarından ələ keçirildiyi təxmin edilir.

Avstriya hava yolları və Qətər hava yolları kimi bir çox şirkəti hələ də Şimali İraqa sərnişin daşıyır.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm