Dünya
İŞİD-in azəri komandiri ilə Şişaninin ortaq bağları

İŞİD tərkibində döyüşən “çeçen camaat”ının lideri Muslim
Şişani uşaqlıq dostu Murad Margoşvilidən danışıb.
Publika.az çeçen mücahidlərinə yaxın saytlara istinadən xəbər verir ki, Şişani uşaqlıq dostunu xatırlayaraq onun elmli olduğunu qeyd edib: “Bu gün gürcü mediası Murad haqqında yanlış informasiyalar yayır. Murad mənim uşaqlıq dostumdur. O, Pankisidə qoyun otarırdı. Daha sonra ali məktəbə qəbul olunanda ailəsi ilə birlikdə Qroznıya köçdü, təhsil aldı, eyni zamanda, inşaatda işlədi. 1999-u ildə ikinci çeçen müharibəsi zamanı döyüşçü idi. 2003-cü ildə həbs olundu. 2006-cı ildə bəraət aldı, 2008-ci ildə beşgünlük müharibədə iştirak etdi. Daha sonra Allahın dini uğrunda döyüşmək üçün Suriyaya gəldi”.
Şişaninin açıqlamasına yer verən “çeçen camaatı”na yaxın sayt
Muradın Suriyada azərbaycanlı komandir İbn Xəttabın qrupunda
döyüşdüyünü yazır: “Bir müddət sonra o, çeçen qardaşları ilə
birləşdi. Lakin hələ də İbn Xəttabla əlaqələrini saxlayır və əsasən
azəri və çeçen camaatlar arasında koordinator olunu oynayır. Hətta
İbn Xəttab onu “Qafqazın pələngi” deyə çağırırdı”.
Yayılan məlumatlara görə, İŞİD tərkibində döyüşən İbn Xəttab 2 il
öncə Azərbaycandan gəlib və onun camaatı Suriya cihadında öncül
yerlərdən birini tutub. Azərbaycanlı komandirin 29 yaşının olduğu
deyilir. Əsl soyadı Ramaldanovdur. Bu məlumatı yayan sayt bildirir
ki, Xəttab camaatında azərbaycanlılar çoxluq təşkil etsə də,
müxtəlif xalqların nümayəndələri də burda təmsil olunur.
Asif Nərimanlı


-
MDB22:24
Putin onu vəzifələrindən azad etdi
-
Hadisə20:50
Gəncədən Moskavaya uçmalı olan aviareys təxirə salındı - Nə baş verib?
-
İdman20:20
Ançelotti 1 il müddətinə azadlıqdan məhrum olundu
-
Ekologiya19:40
Əhaliyə hava ilə bağlı XƏBƏRDARLIQ
-
Nida Xəbər 19:30
Baş nazir qərar imzaladı
-
Rəsmi xronika18:10
Azərbaycan və BƏƏ prezidentlərinin görüşü oldu - Yeniləndi
-
İKT17:27
Süni intellekt Ərdoğanı təhqir etdi: Türkiyədə bloklandı
-
Nida Xəbər 16:08
Əliyevlə Paşinyanın Əbu-Dabi görüşü: Sülh sazişi imzalanacaq?