Fələstinlilərə yəhudilərin istifadə etdiyi avtobuslara minmək qadağan edildi
Bizi izləyin

Dünya

Fələstinlilərə yəhudilərin istifadə etdiyi avtobuslara minmək qadağan edildi

İsrailin müdafiə naziri Moşe Yalon yəhudilərin çoxsaylı müraciətlərinə müsbət cavab verib.

Publika.az İsrail saytlarına istinadən xəbər verir ki, bundan sonra fəstinlilərə yəhudilərin istifadə etdiyi ictimai nəqliyyatdan yararlanmaq yasaqlanır.

Belə ki, İsrailin mərkəzi rayonlarında işləyən ərəb millətindən olan fəhlələr yəhudilərlə birgə avtobuslara minə bilməyəcəklər.

Walla News” saytı yazıb ki, ictimai nəqliyyatda onsuz da sıxlıq var. Ərəblərin isə belə sıxlıqda avtobuslara minməsi yəhudi sərnişinlərdə əsəbilik və stress yaradır.

Hökumət isə müdafiə nazirindən hansı haqla belə bir qərar verdiyinin izahını tələb etmək fikrindədir.

İlqar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm