Polşa Ukrayna sərhədinə əlavə hərbi qüvvə yığır
Bizi izləyin

Dünya

Polşa Ukrayna sərhədinə əlavə hərbi qüvvə yığır

Polşanın cənub sərhədindəki birliklərə əlavə hərbi qüvvə cəlb ediləcəyi bildirilib.

Publika.az xəbər verir ki, Polşa müdafiə naziri Tomas Siemoniak mətbuat konfransında verdiyi açıqlamada qonşu Ukraynadakı ixtilafa görə cənub sərhədində əlavə hərbi qüvvəyə ehtiyac olduğunu deyib.

Nazir bölgədə geosiyasi vəziyyətin dəyişdiyini vurğulayıb: “Soyuq müharibədən indiyə kimi ən böyük təhlükəsizlik böhranı ilə qarşı-qarşıyayıq və bundan nəticə çıxarmaq məcburiyyətindəyik”.

Əlavə hərbi qüvvənin cəlb edilməsi nəticəsində ölkənin cənubundakı əsgər sayının üç dəfə artacağı bildirilib.

Siemoniak bu qərarın narahatlıq yaradacaq radikal hərəkət olmadığını, ancaq təhdid qarşısında təhlükəsizlik tədbiri kimi nəzərdə tutulduğunu vurğulayıb.

Qabil

Oxumağa davam et
Reklam
Reklam

Gündəm