İŞİD-ə ağır zərbə: 1 gündə 13 hava hücumu
Bizi izləyin

Dünya

İŞİD-ə ağır zərbə: 1 gündə 13 hava hücumu

Koalisiya qüvvələri tərəfindən Suriyada və İraqda İŞİD-in mövqelərinə 13 hava hücumu təşkil olunub.

Publika.az xəbər verir ki, hücumlardan 4-ü Suriyada - Kobanidə həyata keçirilib. Digər 9-u isə İraqın müxtəlif bölgələrində olub. Nəticədə terrorçulara məxsus bir neçə ağır texnika və qərargah məhv edilib.

Məlumata görə, İraqdakı hava hücumlarını ABŞ, Fransa, Belçika, Avstraliya, Danimarka və Hollandiya, Suriyada isə ABŞ, Səudiyyə Ərəbistanı, BƏƏ, İordaniya və Bəhreyn təyyarələri həyata keçirib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm