“Poroşenkonun Bloku” fərqi azaldır
Bizi izləyin

Dünya

“Poroşenkonun Bloku” fərqi azaldır

Ukrayna Ali Radasına ötən bazar günü keçirilən seçkilərdə bülletenlərin 97,79 faizi sayılıb.

Publika.az-ın “RBK-Ukrayna” xəbər agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə Ukrayna Mərkəzi Seçki Komissiyasından bildirilib.

Hazırkı nəticələrə görə, baş nazir Arseniy Yasenyukun başçılıq etdiyi "Xalq cəbhəsi" Partiyası 22,18 faiz səslə liderdir. Sonrakı yerləri “Pyotr Poroşenkonun Bloku” (21,82 faiz), Lvov meri Andrey Sadovoyun "Qarşılıqlı yardım" Partiyası (11,01 faiz), "Müxalifət bloku" (9,35 faiz), Oleq Lyaşkonun “Radikal” Partiyası (7,44 faiz) və sabiq baş nazir Yuliya Timoşenkonun “Batkivşina” Partiyası (5,69 faiz) tutur.

Maydan hərəkatının əsas simalarından olan Oleq Tyaqnibokun “Azadlıq" Partiyası hazırkı nəticələrə görə 4,72 faiz səs qazanaraq parlamentə keçə bilmir. Digər siyasi güclər isə daha aşağı göstəricilərə malikdir.

Ali Radaya keçirilən seçkilərdə ümumilikdə 29 siyasi partiya iştirak edib. Parlamentdə təmsil olunmaq üçün 5 faizlik baryeri keçmək lazımdır.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm