Türkiyə təyyarəsini ələ keçirmiş şəxs sərxoş vəziyyətdə olub
Bizi izləyin

Dünya

Türkiyə təyyarəsini ələ keçirmiş şəxs sərxoş vəziyyətdə olub

Türk təyyarəsini cümə günü ələ keçirən Ukrayna vətəndaşı, sərxoş vəziyyətdə olub. Bu barədə Ukrayna təhlükəsizlik xidmətinin məlumatında deyilir.

Türk təyyarəsini cümə günü ələ keçirən Ukrayna vətəndaşı, sərxoş vəziyyətdə olub. Bu barədə Ukrayna təhlükəsizlik xidmətinin məlumatında deyilir.

Türkiyə baş naziri müavini Bülənt Arıncın sözlərinə görə, saxlanılan 1969-ci il təvəllüdlü, Ukrayna vətəndaşı, Kozlov soyadlıdır.

Onun üzərində partlayıcı maddələr və silah aşkar edilməyib.

Bundan öncə bildirilib ki, Türkiyədən "Peqasus" hava yollarına məxsus və Xarkov-İstanbul reysini həyata keçirən təyyarədən qaçırılması barədə siqnal verilib.

Təyyarəni ələ keçirən şəxs elan edib ki, onun partlayıcı qurğusu var və o, təyyarəni Soçiyə göndərmək istəyib.

Təyyarə İstanbulun Sabiha Qökçən hava limanında yerə enib. Həmçinin bildirilib ki, türk təyyarəsi F-16 havaya qaldırılıb.

Təyyarənin göyərtəsində 110 sərnişin olub.

Təyyarəni qaçırtmaq istəyən şəxs Ukrayna vətəndaşıdır. /Trend/

Oxumağa davam et
Reklam
Reklam

Gündəm